Xəbər lenti

2018-ci ilə nisbətən özəl sektorda əmək müqavilələrinin sayı iki dəfə artıb
Ekonomiks 19:51 27.04.2024

2018-ci ilə nisbətən özəl sektorda əmək müqavilələrinin sayı iki dəfə artıb

Son beş ildə aparılan islahatlar əmək münasibətlərinin leqallaşdırılması sahəsində də mühüm irəliləyişə imkan verib. Bu dövrdə əmək müqavilələrinin sayında 500 mindən çox və ya 40 faizlik artıma nail olunub.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Naxçıvan şəhərində "İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda keçirilən, 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü və Naxçıvan MR-in 100 illiyinə həsr olunmuş konfransda bildirib.

O qeyd edib ki, son beş ildə əmək müqavilələrinin sayı 530 min müqavilə artıb, bunun da 440 mini özəl sektorun payına düşür. 
Yəni, 2018-ci ilə nisbətən özəl sektorda əmək müqavilələrinin sayında iki dəfə artım baş verib. 

Nazir son beş ildə əməkhaqqı fondunun da 2,8 dəfə, minimum əməkhaqqının 2,7 dəfə, orta aylıq əməkhaqqının 75 faiz, median orta aylıq əməkhaqqının 2,2 dəfə artdığını qeyd edib.


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->