Xəbər lenti

ABŞ:
Dünya 11:44 09.05.2024

ABŞ: "Gürcüstan hakimiyyətinin ritorikası münasibətlərimizə təhlükə yaradır"

Gürcüstanın hakim partiyası rəhbərliyinin ritorikası bu respublikanın Avroatlantik yoluna, eləcə də ABŞ-la münasibətlərinə təhlükə yaradır. 

Qaynarinfo xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib.

"Biz, son günlər dediyimiz kimi, təkcə "xarici agentlər haqqında" qanun layihəsi ilə bağlı deyil, həm də "Gürcü Arzusu"nun rəhbərliyindən eşitdiyimiz anti-Qərb ritorikasından inanılmaz dərəcədə narahatıq. İnanırıq ki, bu ritorika Gürcüstanı etibarsız trayektoriyaya sürükləyir. Hesab edirik ki, bu, onun Avro-Atlantik yolunu və əlbəttə ki, ölkələrimiz arasındakı münasibətləri təhlükə altına qoyur", deyə amerikalı diplomat bildirib.

Mayın 1-də Gürcüstan parlamenti müxalifətin və Qərb dövlətlərinin etirazına səbəb olan "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib. Hakim Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyasının liderləri əmin edirlər ki, qanun yalnız qeyri-hökumət sektorunun və medianın xaricdən maliyyələşməsinin şəffaflığını təmin etmək məqsədinə xidmət edir. Aprelin 15-dən Tiflisdə müxalifət və vətəndaş fəalları qanun layihəsinə qarşı mitinqlər keçirir.

Aprelin əvvəlində Gürcüstanın hakim partiyası bu qanun layihəsini yenidən parlamentə baxılmaq üçün təqdim etmək qərarını elan edib. Bu, analoji təşəbbüsün respublikada kütləvi etirazlara səbəb olmasından bir il sonra baş verib. Həmin vaxt etirazlar hakimiyyəti qanun layihəsinin qəbulundan imtinaya məcbur etmişdi. Sənədin mətni "xarici təsir agenti" ifadəsi istisna olmaqla, ötən il olduğu kimi qalıb. Əvəzində "xarici gücün maraqlarını güdən təşkilat" anlayışı işlədilib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->