Cümə günü, mayın 10-da ABŞ Ukrayna üçün 400 milyon dollar dəyərində yeni hərbi paket elan edəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə "Politico” iki ABŞ rəsmisinə istinadən məlumat
yayıb.
Nəşrin mənbələrinə görə, yeni hərbi yardım paketinə "Patriot” raketləri, "Stinger” zenit-raket kompleksləri, "Bradley” döyüş maşınları, MRAP-lar, "Javelin” tank əleyhinə sistemlər və digər döyüş sursatları daxil olacaq.
Rəsmi olaraq ABŞ tərəfi bu məlumatı şərh etməyib.
Nizami Bağırov
Şərhlər