Xəbər lenti

Azərbaycan ilk dəfə Olimpiadada iki badmintonçu ilə təmsil olunacq
İdman 21:28 10.05.2024

Azərbaycan ilk dəfə Olimpiadada iki badmintonçu ilə təmsil olunacq

Dünya Badminton Federasiyası (BWF ) "Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanan idmançıların siyahısını açıqlayıb.


Azərbaycan Badminton Federasiyasından verilən məlumata görə, ölkəmiz ilk dəfə Olimpiadada iki badmintonçu ilə təmsil olunacaq.


2021-ci ildə Tokioda keçirilmiş Olimpiya Oyunlarında iştirak edən Edi Reski Dviçayo bu dəfə də kişi badmintonçuların şəxsi yarışında mübarizə aparacaq. O, lisenziyaya "Paris yolu” reytinqində 28-ci olmaqla sahib çıxıb.


Azərbaycanın qadın badmintonçusu Keişa Fatimə Zəhra isə həmin reytinqdə 31-ci olaraq ölkəmizi "Paris-2024”də təmsil etmək hüququ əldə edib.


Badminton yarışları 27 iyul - 5 avqustda Parisdə yerləşən "Porte de la Chapelle” arenasında keçiriləcək. 27-31 iyulda qrup mərhələsi, 1-5 avqustda isə beş kateqoriya üzrə pley-off mərhələsinin görüşləri oynanılacaq.



Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->