Xəbər lenti

Braziliyada daşqınlar 100-dən çox insanı öldürdü, 130-dan çox itkin var (FOTOLAR)
Foto 12:42 10.05.2024

Braziliyada daşqınlar 100-dən çox insanı öldürdü, 130-dan çox itkin var (FOTOLAR)

Braziliyada ölkənin cənubunda daşqınlar azı 107 nəfərin həyatına son qoyub. 136 nəfər itkin düşmüş hesab olunur.

Qaynarinfo xəbər verir ki, bu barədə Reuters yazır.

Agentliyin məlumatına görə, 165 mindən çox insan su basmış evlərini tərk etməyə məcbur olub, qayıqlar və helikopterlərlə təxliyə edilib.

Rio Grande do Sul əyalətinin qubernatoru Eduardo Leite, ilkin hesablamalara görə, əyalətin dəymiş ziyanı bərpa etmək üçün ən azı 19 milyard real (3,68 milyard ABŞ dolları) tələb olunduğunu söyləyib.

"Selin təsiri və faciənin miqyası dağıdıcıdır", - o deyib.

Bundan əvvəl məlumat verilmişdi ki, mayın 1-nə keçən gecə Braziliyanı genişmiqyaslı tufan bürüyüb, nəticədə ən cənubda yerləşən Rio Qrande-du-Sul ştatında 39 nəfər həlak olub.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->