Xəbər lenti

Britaniya İsrailə silah ixracını dayandırmayacaq
Dünya 11:38 10.05.2024

Britaniya İsrailə silah ixracını dayandırmayacaq

Qəzza zolağında Rəfahın genişmiqyaslı işğalı davam edərsə belə, Böyük Britaniya İsrailə silah ixracını dayandırmayacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə "Politico” Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeronun bəyanatına istinadən məlumat yayıb.
 
Cümə axşamı Londonda çıxış edən Kemeron Böyük Britaniyanın "insanları qorumaq və onların həyatlarını xilas etmək üçün çox aydın bir plan olmadığı təqdirdə Rəfahda heç bir böyük əməliyyatı dəstəkləməyəcəyini söyləyib. Onun sözlərinə görə, onlar hələ belə bir plan görməyiblər və bu şəraitdə Rəfahda böyük əməliyyatı dəstəkləməzdilər. 

Lakin o, ABŞ və Britaniyadan silah tədarükü arasında "çox fundamental fərq" olduğunu söyləyib. 

"ABŞ İsrailə əsas hökumət silah tədarükçüsüdür. Bizim Böyük Britaniya hökumətinin İsrailə silah tədarükü yoxdur. Bizim bir sıra lisenziyalarımız var və düşünürəm ki, İsrailə müdafiə ixracımız ümumi həcmin bir faizindən çox aşağıdır. Bu, böyük fərqdir", - Kemeron bildirib.

O, həmçinin Böyük Britaniyanın "ciddi" silah ixracı prosedurlarına "çox diqqətlə" riayət edəcəyini söyləyib.  

Xatırladaq ki, çərşənbə günü ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Binyamin Netanyahu Rəfah şəhərinə genişmiqyaslı işğal əmri verərsə, İsrailə bomba və digər silahların tədarükünü dayandıracağını bildirib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->