Xəbər lenti

Çin və Macarıstan
Dünya 12:15 10.05.2024

Çin və Macarıstan "strateji tərəfdaşlıq" haqqında saziş imzaladılar

Si Szinpinin mayın 9-da Budapeştə səfəri zamanı Macarıstan və Çin iqtisadi və mədəni əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş bir sıra yeni sazişlər, xüsusilə də "strateji tərəfdaşlıq” sazişi imzalayıblar.

Bu barədə Qaynarinfo AP agentliyinə istinadən xəbər verir.

Si və Macarıstanın baş naziri Viktor Orban Çin liderinin beş günlük Avropa turu çərçivəsində Budapeştdə danışıqlar aparıblar.

Danışıqlardan sonrakı brifinq zamanı Orban iki ölkə arasındakı "davamlı, kəsilməyən dostluğu” yüksək qiymətləndirib və Macarıstanın Çin investisiyalarına ev sahibliyi etməyə davam edəcəyinə söz verib.

Si bildirib ki, o və Orban Çinin "Bir kəmər, bir yol” təşəbbüsünün "Macarıstanın şərqə açılma strategiyasına uyğundur” və Pekinin Budapeştin Çin-Avropa münasibətlərinin inkişafında daha böyük rol oynamaq istəyini dəstəklədiyini bildirib.

Macarıstan və Çin rəsmiləri "strateji tərəfdaşlıq” sazişi bağlayıblar və daha 18 saziş və anlaşma memorandumu imzalayıblar.

Heç bir investisiya elanı olmayıb, lakin Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib ki, Pekin Budapeştlə əlaqəli iki dəmir yolu layihəsini maliyyələşdirə bilər.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->