Xəbər lenti

Dünya 13:07 09.05.2024

"İsrail Rəfaha daxil olsa, mən bu əməliyyat üçün silah verməyəcəyəm" - Bayden

İsrail Qəzza zolağının cənubundaı Rəfah şəhərinə qarşı genişmiqyaslı hücuma başlasa, ABŞ israilliləri belə bir əməliyyatda istifadə oluna biləcək silahlarla təmin etməyəcək.

Qaynarinfo xəbər verir ki, ABŞ prezidenti Co Bayden mayın 8-də çərşənbə günü dərc olunan CNN telekanalına müsahibəsində bu məsələ ilə bağlı mövqeyindən danışıb.

"Mən açıq şəkildə bildirdim ki, onlar Rəfaha daxil olsalar - hələ Rəfaha girməyiblər - Rəfaha daxil olsalar, tarixən şəhər əməliyyatları üçün istifadə edilmiş silahları tədarük etməyəcəyəm", - Bayden bildirib.

O, İsrailin Qəzza zolağında ABŞ silahlarından istifadə etməsinin mülki əhalinin ölümünə səbəb olduğunu etiraf edib.

CNN izah edir ki, prezident Qəzzada humanitar böhran fonunda silah tədarükünü məhdudlaşdırmaq üçün xüsusilə də öz partiyasının üzvləri tərəfindən "fövqəladə" təzyiq altındadır.

İndiyə qədər Bayden bu çağırışlara müqavimət göstərib və İsrailin HƏMAS-la mübarizə səylərini güclü şəkildə dəstəkləyib. Lakin Rəfahın işğal təhlükəsi onun fikrini dəyişib.

Eyni zamanda, Bayden ABŞ-ın İsrailə müdafiə silahları, xüsusən də "Dəmir Qübbə” hava hücumundan müdafiə sistemini təmin etməyə davam edəcəyini bildirib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->