Xəbər lenti

Mbappe
İdman 19:30 10.05.2024

Mbappe "Real"la müqavilə imzalayıb (İDDİA)

PSJ-nin fransalı hücumçusu Kilian Mbappe artıq "Real Madrid"lə müqavilə imzalayıb.

Qaynarinfo xəbər verir ki, sports.fr saytının jurnalisti Abdella Boulma X sosial şəbəkəsindəki səhifəsində (keçmiş Twitter) yazıb. 

Jurnalist iddia edir ki, tərəflər artıq rəsmi olaraq bütün sənədləri imzalayıblar. Bu, təxminən fevralın 21-də baş verib.

Mbappe 2017-ci ildən PSJ-də çıxış edir. Əvvəllər o, yetirməsi olduğu "Monako"nun rənglərini qoruyub. Mətbuatın yazdığına görə, 2024-cü ilin qışında forvard Fransa klubu ilə müqavilənin sonunda - yayda "Real Madrid"ə keçməyə qərar verib. Mbappenin PSJ ilə hazırkı müqaviləsi 30 iyun 2024-cü ilə qədərdir. Artıq internetdə "Santyaqo Bernabeu"da fransız forvardın təsviri olan şərflər satılmağa başlayıb.

Aydın


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->