Xəbər lenti

Nazir Baş İdarənin rəisini işdən çıxardı
Ölkə 15:44 10.05.2024

Nazir Baş İdarənin rəisini işdən çıxardı

Ədliyyə Nazirliyi Qanunvericilik Baş İdarəsinin rəisi Adil Şirməmməd oğlu Əliyev vəzifəsindən azad edilib. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bununla bağlı ədliyyə naziri Fərid Əhmədov əmr imzalayıb.  

İdarənin rəisi vəzifəsinə hələlik təyinat yoxdur.  

Qeyd edək ki, Adil Əliyev 2014-cü ildə Səbail rayonu Badamdar qəsəbəsində qonşularının torpaqlarını zəbt etməklə gündəmə gəlmişdi

Əhməd 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->