Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib ki, Fransa hərbçiləri Ukrayna ərazisinə gəlsələr, onlar Rusiya Silahlı Qüvvələrinin qanuni hədəfinə çevriləcəklər.
Qaynarinfo xəbər verir ki, bu haqda RİA Novosti
yazıb.
O xatırladıb ki, Emmanuel Makron Ukraynaya qoşun göndərmək ritorikasını Rusiya üçün "strateji qeyri-müəyyənlik” yaratmaq istəyi ilə izah edir, lakin Moskva üçün vəziyyət son dərəcə qəti görünür.
"Biz də çoxdan qərar vermişiik. Əgər fransızlar münaqişə zonasında peyda olsalar, qaçılmaz olaraq Rusiya silahlı qüvvələrinin hədəfinə çevriləcəklər. Mənə elə gəlir ki, Parisin əlində artıq bunun sübutu var”, - Zaxarova bildirib.
Mayın 7-də Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, hətta Fransanın müttəfiqləri də ölkə prezidenti Emmanuel Makronun bəyanatlarının mənasını başa düşə bilmirlər. Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Fransa liderinin Avropada liderlik əldə etməyə çalışarkən "mağara rusofobiyası” ilə nəfəs aldığını demişdi.
Alpər
Şərhlər