Xəbər lenti

UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşdi
İdman 23:52 08.05.2024

UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşdi

Bu gün UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşib.


Report-un məlumatına görə, yarımfinal mərhələsinin cavab matçında İtaliyanın "Fiorentina" klubu Belçikada "Brügge"nin qonağı olub.


Qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb. Florensiya təmsilçisinin ilk görüşdə qazandığı qələbə (3:2) onları finala yüksəldib.


Bu raundun digər cavab matçı mayın 9-da olacaq. "Olimpiakos" Yunanıstanda İngiltərənin "Aston Villa" komandasını qəbul edəcək. Afina klubu səfərdə rəqibinə qalib gəlib - 4:2.



Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->