Xəbər lenti

Ukrayna PUA-ları Rusiyanın Krasnodarda yerləşən neft anbarına düşdü: Yanğın başladı (VİDEO)
Dünya 10:07 09.05.2024

Ukrayna PUA-ları Rusiyanın Krasnodarda yerləşən neft anbarına düşdü: Yanğın başladı (VİDEO)

Bu gecə Rusiya Federasiyasının Krasnodar vilayətinin hakimiyyət orqanları Anapa yaxınlığındakı Yurovka kəndindəki neft bazasına Ukrayna pilotsuz təyyarələrinin hücumu barədə məlumat yayıb.

Qaynarinfo xəbər verir ki, Rusiyanın TQ kanallarının məlumatına görə, hakimiyyət ilkin olaraq altı pilotsuz təyyarənin hücumu barədə məlumat verib, yerli sakinlər isə onların ən azı 7 olduğunu bildiriblər.

Bildirilir ki, bütün pilotsuz təyyarələr guya elektron yolla yatırılıb, lakin bir neçəsi neft anbarının ərazisinə düşüb. Nəticədə yanğın başlayıb və bir neçə çən zədələnib.

Yanğının söndürülməsinə 60-dan çox canlı qüvvə və 20 texnika cəlb olunub.

Ölən və yaralananlar barədə məlumat verilmir.

Qeyd edək ki, Ukrayna qoşunları sistematik olaraq rus işğalçılarının neft emalı zavodlarına hücum edir. Aprelin əvvəlində media belə hücumların artıq onların imkanlarının 15%-dən çoxunu sıradan çıxardığını bildirib.

Birləşmiş Ştatların Müdafiə Nazirliyi bu cür zərbələrə qarşıdır. Pentaqon rəhbəri Lloyd Austin deyib ki, neftayırma zavodlarına hücumlar qlobal enerji bazarlarına təsir edə bilər və Ukrayna Rusiya Federasiyasının "taktiki və əməliyyat hədəflərinə hücum etməlidir”.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->