Xəbər lenti

Xeyrəddin Qoca:
Ölkə 11:55 10.05.2024

Xeyrəddin Qoca: "Heydər Əliyev öz xilaskarlıq missiyasını şərəflə yerinə yetirib"

"Biz dağdan uzaqlaşdıqca, dağın nəhəngliyini, möhtəşəmliyini daha yaxşı görürük. Heydər Əliyev canından artıq sevdiyi millətinin qəlbində əbədi yer tutub".

Bunu Qaynarinfo-ya yazıçı Xeyrəddin Qoca Heydər Əliyev haqqında danışarkən deyib.

Yazıçı qeyd edib ki, dünyamiqyaslı siyasətçi, böyük dövlət xadimi, Azərbaycan xalqının dahi övladı Heydər Əliyev bütün həyatını xalqımıza həsr edərək, öz xilaskarlıq missiyasını şərəflə yerinə yetirib: 
 


"Azərbaycanın parçalanmaq, bir dövlət kimi məhv olmaq təhlükəsi yarananda Heydər Əliyev köməyimizə çatdı. Dövlətçiliyimizin müqəddəratının həll edildiyi məqamda Heydər Əliyev yenidən hakimiyyətə qayıtdı və onun bu tarixi qayıdışı ilə Azərbaycanda yeni bir dövr başlandı. Böyük şəxsiyyət qalan həyatını da Azərbaycan xalqına həsr etdi, dövlətimizin qurucusu kimi əbədi xatirələrdə qaldı.

Təsadüfi deyil ki, qədirbilən xalqımız hər il may ayının 10-da Ümummili Lider Heydər Əliyevin dünyaya gəlişini böyük təntənə ilə qeyd edir! Biz özümüzü xoşbəxt sayırıq ki, böyük Heydər Əliyevlə bir dövrdə yaşamış, onun vətən, xalq uğrunda həyata keçirdiyi böyük işlərin şahidi olmuşuq.  Nə qədər ömrümüz var, Böyük öndəri daim xatırlayacağıq!"

Aydın


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->