Xəbər lenti

Şahdağa qar yağdı - Faktiki hava
Ölkə 20:58 06.05.2024

Şahdağa qar yağdı - Faktiki hava

Azərbaycanda faktiki hava açıqlanıb.


Milli Hidrometeorologiya Xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, mayın 6-sı saat 18:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, Gədəbəy, Quba, Şəki, Qax, İmişli, Biləsuvar, Neftçala, Sabirabad, Cəfərxan, Astara, Yardımlı, Lerik, Lənkəranda yağış, Şahdağda zəif qar yağıb.


Şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında 17 m/s-dək güclənib.


Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.4 metrdir.


Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 15, Naxçıvan MR-da 9, Aran rayonlarında 22, dağlıq rayonlarda 13 dərəcəyədək isti olub



Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->