Xəbər lenti

Şahzadə Uilyamın dostu:
Dünya 21:28 06.05.2024

Şahzadə Uilyamın dostu: "Ürəyim parçalanır, onlar indi cəhənnəmdən keçirlər"

Uels şahzadəsi Keyt Middleton və şahzadə Uilyamın dostu, dizayner Amaya Arrieta kral cütlüyündən narahat olduqlarını bildirib və "cəhənnəmdən keçdiklərini" etiraf edib.

Qaynarinfo xəbər verir ki, cütlüyün övladları şahzadə Corc, şahzadə Şarlotta və şahzadə Lui üçün bir çox geyimlərin dizayneri olan Arrieta "The Telegraph” qəzetinə verdiyi şərhdə Keyt və Uilyamın həyatlarında çətin bir dövr keçirdiklərini bildirib.

"Ürəyim parçalanır. Məncə, onlar cəhənnəmdən keçirlər. Ümid edirəm hər şey düzələcək. Bu, həqiqətən şəxsi məsələdir", deyə dizayner bildirib.

İspan əsilli dizayner kral ailəsi ilə nə vaxt yaxından işləməyə və dostluq etməyə başladığından da danışıb. Arrieta, şahzadə Yevgeniyanın 2018-ci il toyu, ad günləri və Milad tədbirləri kimi müxtəlif xüsusi günlər üçün Corc, Şarlotta və Luinin geyimləri üzərində işlədiyini bildirib.

"Şahzadə Corcun mənim paltarımı geyindiyini ilk dəfə Ueytrouzda olanda və onun şəklini Hello-nun üz qabığında görəndə anladım! Vacib bir an idi, çünki onlar mənə müraciət edirdilər, amma bu paltarları geyinəcəklərinə əmin ola bilməzdim. Çox vaxt çox sıx müddətlər altında işləmək lazımdır. Nə olursa olsun, biz həmişə uşaqların gözəl görünməsi üçün əlimizdən gələni edirik. Mən kral ailəsinin üzvlərini geyindirməkdən qürur duyuram”, deyə Arrieta bildirib. 

Xatırladaq ki, yanvar ayında Keyt Middleton əməliyyat olunub və ona xərçəng diaqnozu qoyulub. O, indi müalicə olunur və ictimaiyyət arasında görünmür. Kral III Çarlz da xərçəng xəstəliyindən müalicə olunur. Bu yaxınlarda o, öz vəzifələrinə qayıdıb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->