Xəbər lenti

Daşınmaz əmlak bazarında son vəziyyət: Qiymətlər necə dəyişib?
Ekonomiks 12:20 06.05.2024

Daşınmaz əmlak bazarında son vəziyyət: Qiymətlər necə dəyişib?

"Hazırda Azərbaycanda əmlak bazarında ötən illə müqayisədə alıcılıq qabiliyyəti 25-30% azalıb”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında əmlak eksperti Elnur Əsədov deyib.

Ekspertin sözlərinə görə, əmlak bazarında qiymətlər də əvvəlki illə müqayisədə qalxıb:

"Bunun səbəbləri var. Ölkədə infliyasiya daha güclüdür. Vətəndaşların əvvəlki illərdə ipoteka götürmək niyyətləri var idi. 2022-2023-ci ildə bunu aktiv şəkildə həyata keçirdilər. Ev almaq istəyən vətəndaşlar uzun illər yığım kapitalları edir. Bəziləri bunu yığıb toplaya bilmirlər. Bəzi vətəndaşlar 30-50 min manat toplaya bilmişdi. İndi onlar başa düşür ki, lazım olan məbləği yığa bilmirlər. Daşınmaz əmlak sürətlə bahalaşır. Yəni belə olanda vətəndaşlar yığım edə bilmirlər". 
 


Elnur Əsədov əlavə edib ki, 2020-ci il pandemiya dövrü idi və alqı-satqı əməliyyatları demək olar dayanmışdı:

"Eyni zamanda, əmlak bazarında kəskin bahalaşma baş verdi. Bundan əlavə tikinti materiallarının da qiyməti qalxdı. Bu səbəbdən 2021-2023-cü ilin sonuna kimi aktiv bir dövr oldu. Ondan sonra əmlak bazarında aktiv dövr dayandı". 

Ekspert hazırda əmlak bazarında stabilləşmə dövrünün başladığını qeyd edib:

"Stabilləşmə davam edir".

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->