Xəbər lenti

Qohumuna qarşı dələduzluqda ittiham edilən təşkilat sədri saxlanıldı
Ölkə 16:54 17.05.2024

Qohumuna qarşı dələduzluqda ittiham edilən təşkilat sədri saxlanıldı

Qohumuna qarşı dələduzluqda ittiham olunan Son Ümid Xalq Hərəkatının sədri Əliyev Ramin Eldar oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

Qaynarinfo-nun xəbərinə görə, xalası oğlu Səbuhi Mehrəliyevin R.Əliyevin ona qarşı 11 min manatdan çox dələduzluq etməsi ilə bağlı müraciəti əsasında Tovuz Rayon Polis Şöbəsində cinayət işi başlanılıb. Cinayət işi üzrə çağırışdan yayınan R.Əliyev Bakı şəhərində saxlanılaraq istintaqa təhvil verilib.

Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->