Ekonomiks 12:17 27.05.2023

1 kilosu 10 manat: Bakıda ilbiz biznesinə kim nəzarət edir?

Professor Adil Qeybulla sosial şəbəkələrdə ilbizin 1 kilosunun 10 manata alınması ilə bağlı elanlara aydınlıq gətirib. 

Professor Qaynarinfo-ya açıqlamasında bildirib ki, ayrı-ayrı dəniz məhsullarının, yeraltı-yerüstü məhsulların, istər təbii, istərsə də kimyəvi maddələrin xammal, qida şəkilində və ya digər məqsədlərlə idxalı və ixracı təcrübəsi beynəlxalq konvensiyalarla müəyyən edilib: 



"Orada təhlükəsizlikdən tutmuş digər məsələlərin hər biri nəzər alınıb. Bəzi məhsuların da strateji xarakter alması, onun idxal və ixracına məhdudiyyətlərin olması kimi məsələlər nəzərə alınaraq bunların dövriyyəsi sistemi nəzarət altındadır. Bu baxımdan internet üzərindən bu cür təkilflərə ciddi əhəmiyyət vermək lazım deyil”. 

Adil Qeybulla hesab edir ki, Dünya Səhiyyə Təşkilatının reyster xidməti var, orada istərsə dərman maddələrinin, istərsə də qida və dərman əlavələrinin idxal və ixracı işləri haqqında geniş məlumat əks olunub: 

"Bundan kənarda tez xarab olan, zəhərli maddələırin özləri haqqında təlimatlar ortadadır. Müvafiq qurumlar bu təlimatlar əsasında fəaliyyət göstərir”. 

Bahar Rüstəmli