Ekonomiks 17:24 27.12.2023

10-dan çox şirkəti olan iş adamının dövlətə 300 min borcu var - "Stop" qoyuldu

Azərbaycanda 10-dan çox şirkətin qanuni təmsilçisi olan şəxsin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinə külli miqdarda vergi borcu üzə çıxıb. 

Qaynarinfo-nun məlumatına görə, sözügedən dövlət qurumu tərəfindən ixtisaslaşdırılmamış topdan satışı ilə məşğul olan "Futsertal" MMC, dəftərxana ləvazimatlarının topdan satışını həyata keçirən "Adafdest Terade" MMC, kompüterlərin topdan satışı ilə məşğul olan "Dener-RH Servce" MMC, geyimlərin pərakəndənı hıyata keçirən "Montera" MMM və digər şirkətlərin qanuni təmsilçisi olan Əsgərov Əjdər Əkbər oğlu barəsində məhkəməyə müraciət edilib. 

Əsgər Əjdərovun təkcə bir neçə MMC-sinin 1577.07,87 manat vergi borcu var. Ümumilikdə isə məbləğ 300 min manata yaxındır. 

Məhkəmənin qərarı ilə Əjdər Əsgərovun ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək məhdudlaşdırılıb.

Əhməd