Video 09:28 14.01.2023

10 dərəcə şaxtada çimən Qax sakini: “Göz damarlarımın donduğunu hiss etmişəm (VİDEO)

Qaxın Ağçay kənd sakini 10 dərəcə şaxtada çayda çimir.

Qaynarinfo xəbər verir ki, o, Baku TV-yə danışıb. Uzun illərdir əlbəyaxa döyüş növləri ilə məşğul olan idmançı Zaur İsaqov bu işə hobbi kimi baxdığını bildirib.

"Göz damarlarımın donduğunu hiss etmişəm. 1993-cü ildən bugünədək hər il mütəmadi olaraq bunu təkrar edirəm”, - deyə Z.İsaqov qeyd edib.

Daha ətraflı süjetdə: