İdman 13:29 08.06.2023

10 ildən sonra vida (FOTO)

"Beşiktaş"da son oyununu keçirən Atiba Hatçinson "Konyaspor"la oyundan sonra açıqlamalar verib.

Qaynarinfo-nun məlumatına görə, 10 illik Beşiktaş karyerasına son qoyan futbolçu oyundan sonra uşaqları ilə birlikdə meydana çıxıb və ağ-qara komanda ilə vidalaşıb. Atiba üçün hazırlanan videonun nümayişindən bir müddət sonra təcrübəli oyunçu həyatının ən gözəl dövrlərini "Beşiktaş"da keçirdiyini bildirib.

Daha sonra komanda yoldaşları tərəfindən havaya atılan Atiba tribunaları salamladıqdan sonra xatirə şəkli çəkdirərək, Beşiktaş karyerasına son qoyub.

Kanadalı futbolçu üçün hazırlanan video ağ-qara klubun sosial media hesabında "Bizimki bir sevgi hekayəsidir, bir az ağ-qara film kimidir" sözləri ilə paylaşılıb.
 


Səbuhi Həsənov