Video 09:15 09.06.2023

100 min insanın yaşadığı qəsəbədə niyə bank yoxdur? (VİDEO)

Hövsan sakinləri qəsəbədə bank açılmasını istəyirlər.

Onlar qeyd ediblər ki, qəsəbədə bankın olmaması onların işlərini çətinə salır və xırda əməliyyatlar üçün belə şəhərə gəlmək məcburiyyətində qalırlar.

Qeyd edək ki, Suraxanı rayonu Hövsan qəsəbəsində yaşayan sakinlərin sayı 100 minə yaxındır.

"ATV Xəbər”in mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik: