Dünya 19:05 29.03.2024

102-ci baza Ermənistanın suverenliyinin yeganə təminatıdır - Rusiya XİN

102-ci baza və Rusiya sərhədçilərinin mövcudluğu Ermənistanın suverenliyinin yeganə real təminatıdır.

Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi "RİA Novosti”yə "Ermənistanın dostları şəbəkəsi”nin hesabatının müddəalarını şərh edərkən bəyan edib.

"Aİ ilə Ermənistan arasında münasibətlərin dərinləşməsi: Ermənistanda daha çox Avropa; Avropada daha çox Ermənistan” hesabatını şərh edərək Rusiya Xarici İşlər Nazirliyi "təhlükəsizlik təkliflərinin sağlam düşüncəyə tamamilə zidd olduğunu” bildirib.

"102-ci Rusiya hərbi bazasının və Rusiya sərhədçilərinin mövcudluğu Ermənistanın suverenliyinin yeganə real təminatıdır. Onların çıxarılması respublikanın hərbi potensialını hansısa formada gücləndirəcəyi fikri təhlükəli demaqogiyadır”, - nazirlik qeyd edib.

"Bizi bu gün mövcud təhlükəsizlik sisteminə yenidən baxmağa məcbur edən Qərb bunun müqabilində konkret heç nə təklif etmir", - Rusiya XİN-dən vurğulanıb. 

Nizami Bağırov