Şəmkirdə 15 yaşlı qızı 26 yaşlı oğlana nişanlayıblar.
Bu barədə Qaynarinfo-ya açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.
Sədr bildirib ki, nişan mərasimi 3 gün əvvəl olub: "Bütün məlumatlar hüquq-mühafizə orqanlarına göndərilib. Qızın 15 yaşı 2023-cü ilin yanvarında tamam olacaq. Öz əmisi oğluna nişanlayıblar. Araşdırma başlayıb”.
DİN-in mətbuat xidmətinin Gəncə regional bürosundan verilən xəbərə görə, yayılan məlumat araşdırılır, nəticəsi barədə məlumat veriləcək.
Bahar
Şərhlər