Dünya 12:31 27.07.2022

2 şəhidin qısası alındı - 25 PKK/YPG terrorçusu məhv edildi

"Fərat qalxanı” və "Sülh Pınarı” əməliyyat bölgələrində PKK/YPG terror qruplaşmasının 25 üzvü məhv edilib.

Qaynarinfo bu barədə Türkiyə Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Bununla bağlı Nazirliyin "Twitter” səhifəsində bildirilib.

"Şəhidlərimizin qanı yerdə qalmadı, qalmayacaq. Qəhrəman Komandolarımız "Fərat qalxanı” və "Sülh Pınar”ı bölgələrində 25 PKK/YPG terrorçusunu önləyici və cəza atəşi ilə zərərsizləşdirib. Terrorçuları qazdıqları səngərlərdə basdırmağa davam edəcəyik".

Xatırladaq ki, "Fərat Qalxanı" antiterror əməliyyatı zonasında PKK/YPG terror təşkilatının hücumu nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 2 hərbçisi yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilsələr də, onların həyatını xilas etmək mümkün olmayıb. Milli Müdafiə Nazirliyi hadisə ilə bağlı Türkiyə xalqına başsağlığı verib.

M.Arif