Ölkə 23:14 11.12.2020

Nazirdən yeni rəis təyinatı

Azərbaycan Respublikası Mədəniyyət Nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov Şəmkir Regional Mədəniyyət İdarəsinə rəis təyin edib.

Baku.ws-in məlumatına görə, bu vəzifəyə Zöhrab Məmməd oğlu Adıgözəlov təyin olunub.

Məlumat üçün bildirək ki, Z.Adıgözəlov Gəncə Regional Mədəniyyət İdarəsinin Naftalan şəhər şöbəsində baş məsləhətçi kimi çalışıb.

Qeyd edək ki, Şəmkir Regional Mədəniyyət İdarəsinin sabiq rəisi Höccət Əsədullayev olub.