Siyasət 12:58 02.09.2021

Sabiq icra başçısına yeni vəzifə verildi

Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Nəzarət Təftiş Komissiyasının (MNTK) üzvü Musa Musayev Dairə Seçki Komissiyasının sədri vəzifəsinə seçilib. 

Qaynarinfo-ya daxil olan məlumata görə, o, 20 saylı Nərimanov ikinici Dairə Seçki Komissiyasına rəhbərlik edəcək.

Musa Musayev Qaynarinfo-ya açıqlamasında məlumatı təsdiqləyib. Bildirib ki, YAP-ın etimadını doğruldacaq.

Qeyd edək ki, Musa Musayev 2000-2005-ci illərdə Milli Məclisin deputatı, 2006-2010-cu illərdə isə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı olub. Keçmiş deputat YAP-ın qurucu üzvlərindəndir. 

Seyid