Ölkə 16:22 01.02.2022

İcra başçısından yeni təyinat

Goranboy Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini vəzifəsinə təyinat olub.

Qaynarinfo xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Əmrə əsasən, Goranboy Rayon Təhsil Şöbəsinin müdiri Seymur Nazarov icra başçısının birinci müavini təyin edilib.

Qeyd edək ki, S.Nazarov 1982-ci ildə Goranboy rayonunun Qızılhacılı qəsəbəsində anadan olub. Azərbaycan Dillər Universitetindən məzun olan Nazarov Goranboy rayonunun Aşağı Ballıqaya kənd ümumi orta məktəbinin direktoru işləyib. O, bir müddət öncə Goranboy rayon Təhsil Şöbəsinin müdiri təyin olunmuşdu.