Mütəxəssislər 2025-ci ildə ən yaxşı istifadə olunmuş ailə avtomobilini müəyyənləşdiriblər – bu ada milyonlarla sürücüyə yaxşı tanış olan "Volkswagen Polo" layiq görülüb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Express" məlumat yayıb.
Mütəxəssislərin sözlərinə görə, avtomobil geniş salonu, premium səviyyəli təchizatı və öz sinfi üçün qabaqcıl texnologiyaları ilə seçilir. Ekspertlər bildirirlər ki, "Volkswagen Polo" əsas rəqibi olan "Ford Fiesta"dan daha komfortludur.
Bundan başqa, "Polo"nun qənaətcilliyi də xüsusi qeyd olunur ki, bu da məhdud büdcəsi olanlar üçün onu ideal seçimə çevirir.
Nəşr "Carwow" onlayn platformasının mütəxəssislərinə istinadən yazır: "Hərçənd "Volkswagen Polo"nu "kiçik avtomobil" adlandırırlar, o, əslində çox genişdir. Arxa oturacaqlarda ayaq və baş üçün yer daha böyük "Volkswagen Golf"la müqayisə oluna biləcək qədər genişdir və bu göstərici "Vauxhall (Opel) Corsa" kimi alternativ modelləri üstələyir”.
Alıcılar üçün müxtəlif "Volkswagen Polo" variantları, o cümlədən ən güclü Polo GTI modifikasiyası mövcuddur. Bu versiya 0-dan 100 km/saat sürətlənməni cəmi 6,5 saniyəyə əldə edir və maksimal sürəti 240 km/saatdır.
Aydın
Şərhlər