İdman 13:22 10.06.2022

27 yaşlı futbolçu dünyasını dəyişdi

Türkiyədə 27 yaşlı futbolçu vəfat edib.

Qaynarinfo xəbər verir ki, Regional Həvəskarlar Liqasında "Bursa Yenişehir Belediyespor”da çıxış edən Barış Dəmir evində ürək tutmasından dünyasını dəyişib. Futbolçunun qəfil ölümündən sonra  klubun prezidenti Davut Aydın, "O, şəhərimiz üçün çox vacib oyunçu idi. Biz onu çox sevirdik. Ağrımız böyükdür” ifadələrini işlədib. 

Dəmir bu gün Bursanın Yıldırım bölgəsindəki Samanlı məhəlləsində torpağa tapşırılacaq.

Səbuhi Həsənov