Xəbər lenti

Ölkə 13:02 02.12.2025

"28 Mall"ın parkinqindən oğurluq – Həbs olunan var

"28 Mall” Ticarət Mərkəzinin parkinqində oğurluq hadisəsi baş verib.

Qaynarinfo-nun məlumatına görə, hadisəni törətməkdə şübhəli bilinən C.V. (2000-ci ildə Rusiya Federasiyasının Moskva şəhərində anadan olub) barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə protokol tərtib olunub və iş məhkəmədə araşdırılıb.

Məlum olub ki, C.V. parkinqdə vətəndaşlara məxsus avtomobillərdən uşaqlara aid skuteri və velosipedi oğurlayıb.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 1 ay müddətinə inzibati qaydada həbs edilib.
 
Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->