Xəbər lenti

28 nəfər Ukraynadan qaçmağa çalışdı, Tisa çayında boğuldu
Dünya 15:27 10.05.2024

28 nəfər Ukraynadan qaçmağa çalışdı, Tisa çayında boğuldu

Rusiya Federasiyasının Ukrayna ərazisinə tammiqyaslı müdaxiləsi başlayandan bəri Tisa çayında Ukrayna sərhədini qanunsuz keçməyə cəhd edən 28 nəfərin ölümü qeydə alınıb. 

Qaynarinfo NV-yə istinadən xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin sözçüsü Andrey Demçenko cümə günü telemarafonda danışıb

O, izah edib ki, Tisa çayı sürətlidir və təhlükəli dibi var, buna görə də ölkədən qaçmağa çalışan kişilərin adətən bunun öhdəsindən gəlmək üçün gücü çatışmır.

Ümumilikdə, müharibə başlayandan indiyədək sərhəd yaxınlığında Ukraynadan qanunsuz qaçmağa cəhd edən 35 nəfərin cəsədi tapılıb. Demçenkonun sözlərinə görə, Dövlət Sərhəd Xidməti sərhəddə nəzarəti maksimum dərəcədə artırır, videomüşahidə, dronlardan istifadə edir və sərhəd postlarının sayını artırır. 

Mayın 7-də Dövlət Sərhəd Xidmətinin əməkdaşları Tisa çayında batmış 3 nəfəri aşkar ediblər. Ölənlərdən birinin cəmi 20 yaşı olub.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->