Ölkə 16:59 10.03.2022

3 şəhid, 4 qazi və 10 döyüşçünün təhsil aldığı məktəb: “Utandım...” (FOTO)

"Utandım. Ona görə ki, güclü Azərbaycanın belə məktəbi var”. 

Qaynarinfo xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov Lerik rayon Dico kənd məktəbindən danışarkən deyib.
 
Ekspert məktəbin iki şagirdi və bir müəllimi olduğunu vurğulayıb:

"Bu məktəb dediyimiz daxmanın uzunluğu 5, eni isə 3 metrdir. Burada şagirdlərin təhsil alması üçün şəraitin varlığından söhbət belə gedə bilməz. Bu səbəbdən kənddəki qız uşaqları təhsil ala bilmirlər. Şagirdlər burada 4-cü sinfə qədər təhsil aldıqdan sonra digər kəndə, 8 km uzaqlıqda yerləşən məktəbə köçürülür. Oğlan uşaqları həmin kənd məktəbində 11-ci sinfədək təhsillərini davam etdirsələr də, qızlar məsafə uzaq olduğundan bundan məhrumdurlar. Düşünərsiniz ki, balaca kənddir, məktəbə ehtiyac yoxdur”.

Kamran Əsədov əlavə edib ki, 13 evlik kəndin II Qarabağ müharibəsində, zəfərlə başa çatan Vətən müharibəsində 3 şəhidi, 4 qazisi, 10 döyüşçüsü olub:
"2 otaqlı bir normal, 10 metrlik tikili maksimum 5 min manata başa gələr. Daha gözləmək lazım deyil ki, büdcə vəsait ayrsın”.

Bahar