Dünya 16:28 04.06.2022

"3D News": İlon Mask sentyabrın 30-da robot-humanoidini nümayiş etdirəcək

Tesla-nın qurucusu İlon Mask bu il sentyabrın 30-da insanabənzər robotun işləyən prototipini nümayiş etdirəcəyini vəd edib.

Qaynarinfo 3D News portalına istinadla xəbər verir ki, "Dəmir adam”a "Tesla Bot” adı veriləcək.

Məhz dünyaya insanabənzər robotu göstərmək üçün Mask şirkətin süni intellekt sahəsində nailiyyətlərini nümayiş etdirərək avqustun 19-na planlaşdırılan AI Günü tədbirini bir aydan sonraya keçirməyə qərar verib.

Mask bundan bir qədər əvvəl bildirib ki, şirkət robotun istehsalına 2023-cü ildə başlayacaq. Milyarderin sözlərinə görə, robot proqramı ilkin olaraq istehsal əməliyyatları da daxil olmaqla sadə və təkrarlanan tapşırıqların yerinə yetirilməsinə yönəldiləcək. Buna görə də İlon Mask elmi fantastika yazıçılarının təsvir etdiyi "maşınların yüksəlişindən”, robotların bəşəriyyət üzərində hakimiyyəti ələ keçirməsi senarisindən qorxmur. Lakin Maskın robotları təkmilləşdirməklə bağlı optimist planları dəyişə bilər, çünki o, dünya iqtisadiyyatının çətin dövrlərlə üzləşəcəyini gözləyir.
 
Alpər