Maqazin 17:41 12.05.2022

“50 min ziyana düşmək xoşbəxtlikdir" - Şairə oğlunun dəbdəbəli toyundan danışdı

"İki qonağımın məclisimdə narahat olmağındansa, 50 min ziyana düşmək mənim üçün xoşbəxtikdir. Mən qonaqlarımı məftun eləmişəm”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında şairə Nazilə Səfərli oğlunun toy məclisindən danışarkən deyib. Onun sözlərinə görə, həmin məclislə bağlı 4 ay hazırlıq işləri görülüb:

"İstədim ki, ortaya gözəl bir iş qoyaq və qoyduq da. Məclisə dəvət etmədiyim 20-dən yuxarı şəxs belə toya nəmər göndərib. Məclis göz önündədir. Toya çəkilən maliyyə xərcləri hesablamamışıq. Nəticə bəllidir... Bizdə deyərlər ki, "qazancın toya qismət olsun”. Mən qazancımı toya xərcləməyəcəkdimsə, o uşağı niyə böyüdürdüm? Neynirdim illərdir xalqın qarşısında işləyib, əziyyət çəkirdim? Valideyn övladı üçün çalışır, biz də azdan–çoxdan ona nail olmağa çalışdıq. Allah bütün övladları xoşbəxt eləsin, mənim də övladlarım onun içində”.

Bahar Rüstəmli