Dünya 13:24 02.05.2023

ABŞ bu ölkənin ərazisində hərbi bazalar təşkil edə bilər

Finlandiya və ABŞ hakimiyyəti arasında hərbi əməkdaşlıq haqqında ikitərəfli sazişin bağlanması ilə bağlı danışıqlar aparılıb. Əgər razılıq əldə olunarsa, o zaman ABŞ Silahlı Qüvvələri Finlandiya ərazisindən təlim keçmək, texnika və silahların yerləşdirilməsi, faktiki olaraq ölkə ərazisində hərbi bazaların təşkili üçün istifadə edə biləcək. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Helsingin Sanomat” qəzeti ölkənin müdafiə nazirinin müavini Mikael Antellaya istinadən yazır.

Finlandiya hakimiyyəti hesab edir ki, sazişin bağlanması onun təhlükəsizliyini və müdafiə qabiliyyətini gücləndirəcək. Antell bildirir ki, Helsinki artıq Qərb tərəfdaşları ilə bir sıra mövcud müdafiə sazişlərinin tərəfidir, lakin bu sənəd xüsusidir. Bu, ABŞ-a Finlandiyaya hərbçilərin daxil olmasına və onları ölkə ərazisində yerləşdirməyə, silah saxlamağa və lazımi infrastrukturun yaradılmasına sərmayə qoymağa imkan verəcək. Rəsmi bildirib ki, nüvə silahı bu müqavilənin mövzusu deyil.

Artıq ABŞ-ın digər NATO ölkələri ilə hərbi bazaların yerləşdirilməsi ilə bağlı razılaşmaları var. Finlandiya sənədi Alyansa yeni daxil olan ölkə kimi imzalayacaq. 2022-ci ilin may ayında Finlandiya alyansa qoşulmaq üçün müraciət edib və 4 aprel 2023-cü ildə üzv olub. Bundan sonra Rusiya ilə NATO arasında quru sərhədi təxminən 2,6 min kilometrə qədər artıb.

Bundan əlavə, Rusiya özünə rəqib kimi döyüşə ən hazırlıqlı ordulardan birini alıb. Vudro Vilson Beynəlxalq elm mərkəzinin məlumatına görə, fin artilleriyasının gücü Polşa, Almaniya, Norveç və İsveçin birlikdə daha güclüdür. 

Nizami Bağırov