Dünya 16:35 20.04.2023

ABŞ Cənubi Koreyanın Ukraynaya əlavə dəstəyini koordinasiya edəcək

Birləşmiş Ştatlar Ukraynaya dəstəyi artırmaq üçün Cənubi Koreya ilə sıx əməkdaşlıq etməyə davam edəcək.

Qaynarinfo xəbər verir ki, bu barədə Reuters agentliyinə ABŞ Dövlət Departamentinin nümayəndəsi məlumat verib.

Agentliyə eksklüziv müsahibəsində Cənubi Koreya prezidenti Yoon Seok-yeol dünən bildirib ki, müəyyən şərtlər daxilində onun ölkəsi Ukraynaya humanitar və ya maliyyə yardımı çərçivəsindən kənara çıxa bilər və ilk dəfə olaraq Ukraynaya silah verilməsi ilə bağlı mövqeyinin dəyişdiyini nümayiş etdirir.

ABŞ Dövlət Departamentinin sözçüsü agentliyə elektron poçt ünvanına göndərdiyi cavabda Cənubi Koreya prezidentinin şərhlərinə cavab olaraq bildirib ki, Koreya Respublikası tammiqyaslı işğalın ilk günlərindən Ukraynanın ərazi suverenliyi hüququnu Rusiyanın təcavüzündən müdafiə etməkdə sadiq tərəfdaş olub.

"Biz Ukraynaya əlavə dəstək məsələsində müttəfiqimizlə sıx əlaqələndirməyə davam edəcəyik”, - Dövlət Departamentinin sözçüsü əlavə edib.

Cənubi Koreya ABŞ-ın əsas müttəfiqi və artilleriya sursatlarının əsas istehsalçısıdır. Seul indiyədək Rusiya ilə qarşıdurmadan yayınmağa çalışıb və Ukraynaya silah verməmək siyasətini davam etdirib.

Yoon Suk Yeol bu ərəfədə ABŞ-a rəsmi səfəri öncəsi açıqlama verib.

Polşanın baş naziri Mateusz Moravetski daha əvvəl ABŞ prezidenti Co Baydeni Cənubi Koreyanın Ukraynaya döyüş sursatı verməsini asanlaşdırmağa çağırıb.

Alpər