Dünya 10:05 16.10.2022

ABŞ-da atışma: Ölənlər var

ABŞ-ın Pensilvaniya ştatının Pittsburq şəhərində baş verən atışma nəticəsində azı 3 nəfər ölüb, daha 1 nəfər yaralanıb.

Qaynarinfo xəbər verir ki, bu barədə bazar günü yerli polis bölməsi tviterdə məlumat yayıb.

Polisin məlumatına görə, iki qadın və bir kişinin öldüyü təsdiqlənib. Daha bir nəfər xəstəxanaya aparılıb.