Siyasət 11:58 12.07.2022

ABŞ dövlət katibi: Rusiya və Çin mövcud dünya nizamını dəyişməyə çalışır

ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, Rusiya və Çin mövcud dünya nizamını öz maraqlarına uyğun dəyişməyə çalışırlar. 

Qaynarinfo TASS-a istinadla xəbər verir ki, Blinken ThaiPBS telekanalına müsahibəsində ABŞ-ın buna qarşı çıxmaq niyyətində olduğunu bildirib.

"Əgər Rusiyanın etdiyinə icazə verilsə, bu o demək olacaq ki, kim daha güclüdürsə, haqlıdır, böyük dövlətlər kiçikləri incidə bilər. - Onun sözlərinə görə: "Bu, qaydalara əsaslanan nizamla təzad təşkil edir”, - Blinken deyib.

Blinken həmçinin bildirib ki, Rusiya Ukraynaya hücum edərək mövcud dünya nizamına "meydan oxuyur”.

ABŞ dövlət katibinin sözlərinə görə, Çin regionda daha aqressiv davranaraq və daxildə repressiyaları gücləndirməklə dünya düzəninə "fərqli şəkildə” meydan oxuyur.

"Düşünürəm ki, Çin beynəlxalq nizamın, lakin indikidən fərqli olan nizamın olmasını istəyir. Biz öz dəyərləri baxımından liberal olan bir nizamı müdafiə etməyə və qorumağa çalışarkən, Çin digər dəyərləri əks etdirən daha qeyri-liberal bir nizamın arxasınca gedə bilər. Və məsələ insanların hansı nizamda yaşamaq istəməsidir”, - Blinken bildirib.

O, həmçinin vurğulayıb ki, Çinlə münasibətlər ABŞ və digər dövlətlər üçün xüsusi mühüm yer tutur, baxmayaraq ki, bu, çox çətindir.