Dünya 12:19 21.08.2022

ABŞ İranın nüvə sazişi prosesində İsraili razı salmağa çalışır

Amerika İsraili əmin etməyə çalışır ki, razılaşma yaxın deyil və İrana yeni güzəşt etməyəcək.

Qaynarinfo bu barədə "Axios" saytına istinadən xəbər verir.

Sayt bir neçə amerikalı və israilli rəsmiyə istinadən yazıb ki, ABŞ prezidenti Co Bayden administrasiyası İsrail rəsmilərini iki məsələ ilə bağlı arxayınlaşdırmağa çalışıb. Birincisi, İran hökuməti ilə nüvə razılaşması qaçılmaz deyil, ikincisi, razılaşma olacağı təqdirdə onun hökuməti İslam Respublikasına yeni güzəştlər etmək fikrində deyil.

Eyni zamanda, "The Times of İsrael” şənbə günü verdiyi xəbərdə bildirib ki, yaxın günlərdə İsrailin milli təhlükəsizlik müşaviri Eyal Holata Vaşinqtonda Amerika rəsmiləri ilə görüşəcək və İran hökuməti ilə nüvə danışıqlarıyla bağlı son hadisələri müzakirə edəcək. 

Vurğulanır ki, İsrailin noyabr seçki kampaniyalarının başlamasına yaxınlaşması mövcud gərginliyi  gücləndirib.

Axios-un fikrincə, İran hökuməti ilə nüvə razılaşması İsraildə noyabr seçkilərindən əvvəl elan olunarsa, bu məsələ hazırkı baş nazir Jair Lapidin əsas rəqibi olan Benyamin Netanyahu üçün təbliğat vasitəsi kimi istifadə oluna bilər. 

Aydın