Dünya 10:39 25.05.2022

ABŞ Maliyyə Nazirliyi yenə Rusiyanı çətin vəziyyətə qoydu - Defolt

ABŞ Maliyyə Nazirliyi Qərb investorlarına Rusiyanın suveren istiqrazları üzrə borc ödənişlərini almağa icazə verən lisenziyanı yeniləməyib.

Qaynarinfo bu barədə RBC-ya istinadla xəbər verir.

ABŞ Maliyyə Nazirliyinin №9C Baş Lisenziyasının müddəti Vaşinqton vaxtı ilə mayın 25-də (Moskva vaxtı ilə 07:00) başa çatacaq. Bunsuz, Rusiya Maliyyə Nazirliyi beynəlxalq istiqrazlarının heç bir sahibinə, əgər onlar ABŞ dolları ilə ifadə edilirsə və avrodadırsa, ən azı Amerika investorlarına pul çatdıra bilməyəcək.

Mayın 18-də ABŞ-ın maliyyə naziri Canet Yellen bildirib ki, agentlik çox güman ki, lisenziyanı uzatmayacaq. Eyni zamanda, o qeyd edib ki, əgər Rusiya ödənişləri davam etdirmək üçün bir yol tapmasa və texniki defolta gedərsə, bu, çətin ki, onun vəziyyətini dəyişsin, çünki Rusiya "artıq qlobal kapital bazarından çıxarılıb”.
Xatırladaq ki, aprelin 29-da Rusiya Maliyyə Nazirliyi 4 aprel 2022 və 2042-ci il tarixlərində geri alınmalı olan avrobondlar üzrə ödənişləri dollarla həyata keçirdiyini və beləliklə, texniki defoltdan qurtulduyğunu açıqlamışdı. Vəsaitlər Citibank N.A London Branch ödəniş agentinə geçirilib. İki emissiya üzrə ödənişlərin ümumi məbləği 649,2 milyon dollar təşkil edib.

Bundan əvvəl Bloomberg agentliyi ABŞ Maliyyə Nazirliyinin bəzi rəsmilərinin Rusiyanın ölkəyə gələn valyutanı xərcləyərək borclarını ödəməyə davam etməsi üçün lisenziyanın yenilənməsini təklif etdiyini bildirmişdi. Bununla belə, Co Bayden administrasiyası sərt bir senarini daha məqbul hesab edib.

Alpər