Dünya 10:33 14.09.2022

ABŞ nəhayət Lavrova BMT Baş Assambleyasında iştirak etmək üçün viza verdi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və onu müşaiyət edən bir neçə nəfərə BMT Baş Assambleyasında iştirak etmək üçün ABŞ vizası verilib. 

Qaynarinfo bu barədə Rosbalt-a istinadla xəbər verir.

Departament aydınlaşdırıb ki, onlar hələ də Rusiya nümayəndə heyətinin qalan hissəsi üçün vizaların verilməsini, həmçinin Rusiya Federasiyasına qarşı tətbiq edilən sanksiyalarla bağlı logistik məsələlərin həllini gözləyirlər.

Bir müddət əvvəl ABŞ Lavrova BMT Baş Assambleyasına getmək üçün viza verilib-verilməyəcəyini açıqlamaqdan imtina edərək, təşkilatın Nyu Yorkdakı mənzil-qərargahında BMT ilə razılaşma əsasında vizaların verilməsi ilə bağlı "öhdəliklərinə ciddi yanaşdıqlarını" bildirmişdi. 

Daha sonra Sergey Lavrov Vaşinqtona artıq vizaların xatırlanmamasını xahiş edərək, "amerikalıların öz öhdəlikləri var, BMT baş katibinin Baş Assambleya daxil olmaqla, təşkilatın tədbirlərində bütün nümayəndə heyətlərinin iştirakını təmin etmək öhdəliyi var”, - deyib.

BMT Baş Assambleyasının Yüksək Səviyyəli Həftəsi sentyabrın 20-dən 26-dək keçiriləcək. O, bütün nümayəndə heyətlərinin tam zamanlı iştirakını nəzərdə tutur.

Alpər