Ekonomiks 16:25 21.02.2024

ABB ilə Dövlət Xidməti arasında vergi qalmaqalı

"Azərbaycan Beynəlxalq Bankı" (ABB) Açıq Səhmdar Cəmiyyəti İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı məhkəmə iddiası qaldırıb.

Qaynarinfo-nun məlumatına görə, işə Bakı Apellyasiya Məhkəməsinin hakimi Pərviz Hüseynovun sədrliyi ilə baxılacaq.

Qaldırılan iddia vergi məsələləri üzrə mübahisələrlə bağlıdır. Ehtimal edilir ki, Dövlət Xidməti tərəfindən bankda yoxlama aparılıb. Vergi borcunun əvvəlki illərə nisbətən daha çox ödənilməsi tələb edilir. 

Qeyd edək ki, ABB-nin İdarə Heyəti sədri və qanuni təmsilçisi Abbas Məmmədəli oğlu İbrahimovdur. 

Əhməd