Ekonomiks 12:45 22.01.2024

AccessBank Goranboy filialında təmir-tikinti işlərinin aparılmasına dair tender elan edir

AccessBank maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir.
 
Bankın məlumatında deyilir ki, tender Goranboy filialında təmir-tikinti işlərinin aparılması ilə əlaqədar elan olunub.
 
Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər ətraflı məlumat əldə etmək üçün [email protected] elektron ünvanına, yaxud (+994 55) 505 69 59  nömrəsinə müraciət edə bilərlər.

Qiymət təklifləri ilə zərflərin qəbul müddəti 2024-cü il yanvar ayının 30-da saat 18:00-da başa çatır.