XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

AFB Bank SİMA İmzanı yeni rəqəmsal bank xidmətlərinə inteqrasiya edib
Ekonomiks10:38 19.08.2026

AFB Bank SİMA İmzanı yeni rəqəmsal bank xidmətlərinə inteqrasiya edib

AFB Bank SİMA rəqəmsal imzanın tətbiq dairəsini genişləndirərək xidməti yeni rəqəmsal bank proseslərinə inteqrasiya edib.

Yeni inteqrasiya çərçivəsində SİMA imza artıq AFB Mobile vasitəsilə əmanətlərin rəsmiləşdirilməsi, eləcə də mikro kreditlərin rəsmiləşdirilməsi prosesində istifadə olunur. Bununla müştərilər bir sıra bank xidmətlərini filiala gəlmədən, məsafədən və təhlükəsiz şəkildə həyata keçirə bilirlər.

Əmanətin rəsmiləşdirilməsi zamanı müştəri AFB Mobile vasitəsilə müvafiq prosesi tamamlayaraq tələb olunan təsdiqləmələri SİMA İmza ilə həyata keçirə bilir. Bu imkan əmanətin açılması prosesini daha rahat və çevik edir, fiziki müraciətə və əlavə kağız sənədləşməsinə ehtiyacı azaldır.

SİMA İmzanın mikro kreditlərin rəsmiləşdirilməsi prosesinə inteqrasiyası da müştərilərə kredit üçün məsafədən müraciət etmək, tələb olunan mərhələləri elektron şəkildə keçmək və sənədləri SİMA İmza vasitəsilə imzalamaq imkanı verir.

Xatırladaq ki, SİMA İmza bundan əvvəl də AFB Bankın rəqəmsal xidmətlərində tətbiq olunub. AFB Mobile-da həm mövcud müştərilərin qeydiyyatı, həm də yeni müştərilərin banka məsafədən qoşulması zamanı SİMA İmzadan istifadə edilir. Müştərilər bu yolla şəxsiyyətlərini məsafədən təsdiq edərək bankın rəqəmsal xidmətlərindən istifadə etməyə başlaya bilirlər.

Bununla yanaşı, SİMA İmza AFB Mobile daxilində kreditin rəsmiləşdirilməsinin bütün mərhələlərində tətbiq olunur. Müştəri kredit üçün müraciətdən başlayaraq müqavilənin elektron şəkildə imzalanmasına qədər prosesi filiala gəlmədən tamamlaya bilir. Beləliklə, kredit müraciəti, sənədləşmə və təsdiqləmə mərhələləri rəqəmsal formada həyata keçirilir.

SİMA İmza həmçinin AFB Mobile vasitəsilə rəqəmsal kartın rəsmiləşdirilməsi prosesində də istifadə olunur.

İnteqrasiyanın əsas məqsədlərindən biri bank əməliyyatlarının təhlükəsizliyinin təmin edilməsidir. SİMA İmza vasitəsilə müştərinin şəxsiyyəti təsdiqlənir, sənədlərin elektron qaydada imzalanması təmin edilir və bank xidmətlərindən məsafədən təhlükəsiz şəkildə istifadə etmək imkanı yaradılır. Bununla yanaşı, həll müştərilərin filiala müraciət ehtiyacını, kağız sənədlərin istifadəsini və əlavə sənəd dövriyyəsini azaltmağa imkan verir.

AFB Bank rəqəmsal xidmətlərini inkişaf etdirərək müştərilərin daha çox bank əməliyyatını məsafədən, rahat və təhlükəsiz şəkildə həyata keçirə bilməsi istiqamətində işlərini davam etdirir.

AFB Bank haqqında

AFB Bank fiziki şəxslər, sahibkarlar və korporativ müştərilər üçün pərakəndə və biznes bankçılıq xidmətləri eləcə də rəqəmsal həllər təqdim edir. Bank müştərilərinə sadə, etibarlı və əlçatan maliyyə həlləri təklif etməklə onların gündəlik ehtiyaclarına və gələcək planlarına dəstək olmağı hədəfləyir.

Ətraflı məlumat üçün: www.afb.az

Məlumat Mərkəzi: 1545