İdman 12:00 07.03.2023

AFFA-nın 2022-ci ildə stadionlara ayırdığı məbləğ açıqlanıb

AFFA-nın 2022-ci ildə stadionların, Futbol Akademiyasının, Milli Komandaların Məşq Mərkəzinin saxlanılmasına ayırdığı vəsait müəyyənləşib.

Qaynarinfo xəbər verir ki, məlumat assosiasiyanın bu gün keçirilən hesabat konfransında bildirilib.

Hesabatdakı məlumata görə ötən il "Dalğa Arena”ya 823 613 manat, Bayıl stadionuna 413 988 manat, Milli Komandaların Məşq Mərkəzinə 231 992 manat, təhsil və reabilitasiya mərkəzinə 214 618 manat, Binə stadionuna 94 194 manat, Ağsu stadionuna 100 500 manat, "Bakcell Arena”ya 164 653 manat, Şamaxı stadionuna 255 256 manat, digər stadionlar və məşq meydançalarına isə 950 000 manat xərc çəkilib.

İnfrastruktur xərcləri ümumilikdə 3 248 814 manat təşkil edib.