Dünya 14:14 17.06.2023

Afrika liderləri sülh təşəbbüsü ilə Sankt-Peterburqda

Cənubi Afrika Respublikasının (CAR) Prezidenti Siril Ramafosa və bir sıra Afrika ölkələri liderləri bu gün Rusiyaya gedib.

Qaynarinfo xəbər verir ki, Afrika liderləri Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün artıq Sankt-Peterburq şəhərindədirlər.

Xatırladaq ki, CAR-la yanaşı digər Afrika ölkələri (Seneqal, Zambiya və Qəmər Adaları) liderləri Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşmək üçün Ukraynaya səfər ediblər. Görüşdə Ukrayna münaqişəsinin həlli yolları və Afrika ölkələrinin sülh planı müzakirə edilib.