Xəbər lenti

Ağçay kənd sakinlərinin abonent olmaq istəyi (FOTO)
Foto 18:29 25.09.2023

Ağçay kənd sakinlərinin abonent olmaq istəyi (FOTO)

SOCAR "Azəriqaz” İB-nin "Açıq mikrofon” aksiyası həftəlik işinə Xaçmaz rayonundan başlayıb. 

Qaynarinfo xəbər verir ki, rayonun Ağçay kəndində təşkil olunan "Səyyar qəbul otağı”na qatılan vətəndaşlar eyni istəklə çıxış ediblər. Mikrofon önünə çıxan sakinlər bütün kənd camaatı adından Ağçayın mavi yanacaqla təchiz edilməsini istəyiblər. 

Xaçmaz RQİİ-nin rəhbər şəxsləri ünvanlanan müraciətlə bağlı ətraflı məlumat verdikdən sonra  Birliyin səlahiyyətləri çərçivəsində problemin həllinə nail olunacağını bildiriblər.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->