Xəbər lenti

Ölkə 10:36 06.04.2024

Ağdamda sursat partladı: ANAMA əməkdaşı yaralandı

Ağdamda detonator partlayışı hadisəsi baş verib.

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, bu gün işğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində detonator partlayışı hadisəsi baş verib.

Agentliyin əməkdaşı 2000-ci il təvəllüdlü Piriyev Anar Mürşüd oğlu xidməti vəzifəsini yerinə yetirərkən aliminium gövdəli kiçik ölçülü detonatorun işə düşməsi nəticəsində əl və ayaq nahiyəsindən yüngül xəsarətlər alıb.

Xəsarət alan əməkdaş müayinə olunmaq üçün rayon xəstəxanasına çatdırılıb. Həyatı təhlükəsi və ciddi xəsarəti yoxdur.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->